Haqqımızda

TOPNews.AZ  Mərkəzləşdirilmiş xəbər portalı Azərbaycanın ən oxunaqlı və iri media agentliklərindən xəbərləri toplayaraq özünün sadə və baxımlı görünüşü, rahat, aydın və oxunaqlı interfeysi ilə sizlərə - dəyərli oxucularımıza təqdim edən unikal veb portaldır. Maksimum sayda oxucunu cəlb etmək və daha çox xəbəri sizlərə çatdırmaq məqsədilə TOPNews.AZ azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.  Saytımız özünün minimal həcmi və yığcamlığı ilə daha az internet resusrlarından istifadə etməklə məlumatı oxuculara maksimum sürətlə çatdıra bilir.

Bizim əsas məqsədimiz Azərbaycanda baş verən ən son hadisələri və yenilikləri maksimum tez saytızmızda yerləşdirməklə bərabər, oxucularımızın bu məlumatları rahat əldə etmələrini təmin etməkdir. TOPNews.AZ - ın dinamik və optimal strukturu dəyərli oxucularımıza səhifəni yükləmədən və yeniləmədən istənilən xəbəri axtarmağa və ya oxumağa imkan yaradır.

Saytımızın xəbər bazası dayanmadan böyüməkdə davam edir, online rejimdə yenilənir və hər üç dildə ən son xəbərləri sizin ixtiyarınıza təqdim edir. TOPNews.AZ portalının sosial şəbəkələrə inteqrasiyası isə oxucuya bəyəndiyi xəbəri öz sevimli sosial şəbəkəsində bölüşməsinə şərait yaradır.

TOPNews.AZ Mərkəzləşdirilmiş xəbər portalı  müəllif hüquqlarına hörmətlə yanaşır, müəllif hüquqlarını pozmamaq və qorumaq məqsədilə hər bir xəbərin sonunda məlumatın ilkin mənbəyinə (orijinal linkinə) istinad edir.


TOPNews.AZ  həmçinin öz müştərilərinə daha effektiv xidmət göstərmək məqsədilə xüsusi Müştəri Paneli hesabı vasitəsilə imkan verir ki, hər kəs öz istədiyi açar sözləri daxil etməklə sadəcə ona maraqlı olan xəbərləri öz hesabında filtrlənərək görə bilir, arxiv şəklində saxlaya bilir.  Müştəri Paneli hesabında daxil edilən açar sözlərə görə xəbər daxil olduğu zaman, müştəri öz hesabında olmasa belə həmin müştəriyə dərhal məlumat göndərilir.

Mərkəzləşdirilmiş xəbər portalından kimlər istifadə edə bilər?

Korprativ İstifadə

  • Dövlət Orqanları
  • Qeyri-hökumət təşkilatları
  • Xəbər Agentlikləri
  • Holdinglər
  • Şirkətlər

Fərdi istifadə
 
  • Təhqiqatçılar
  • Siyasi şəxsiyyətlər
  • Jurnalist və yazarlar
  • Alimlər
  • Sənətçi və İdmançılar

TOPNews.AZ Mərkəzləşdirilmiş xəbər portalı daim inkişaf edir və gələcəkdə təkcə Azərbaycan deyil, həmçinin, digər ölkələrin də xəbərlirini özünün geniş oxucu auditoriyasına təqdim etməyi planlaşdırır. Saytımızın mehriban, işgüzar kollektivi sizin istəklərinizi, iradlarınızı və təkliflərinizi dinləməyə daim hazırdır və dəyərli oxucularımız info@topnews.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.